Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Avşar kəndində səyyar qəbul-görüş keçirib

12 avqust 2026 | 18:00

Keçirilən səyyar qəbulda Avşar kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kənd sakini Mehman Mehdiyev suvarma suyunun verilişində yaranan problemləri diqqətə çatdıraraq iri həcmli su nasosunun borusunun uzadılmasını və əkin sahələrinə xidmət edən baş su arxlarının təmizlənməsinə köməklik göstərilməsini xahiş edib. RİH başçısı məsələyə dair müvafiq izahat verərək Qarabağ kanalının yeni tikintisi layihəsi barədə məlumat verib. Problemin həlli ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə və Sudan İstifadəedənlər Birliyinə tapşırıq və tövsiyələr verilib.

İrizman Aslanov elektrik xətləri və dirəklərinin qəzalı vəziyyətdə olması, bunun da elektrik enerjisinin verilişində fasilələrə səbəb olması barədə müraciət edib. RİH başçısı elektrik xətlərinin kabelləşdirilməsinin mərhələli şəkildə həyata keçirildiyini, bu tədbirlərin Avşar kəndini də əhatə edəcəyini bildirib. Qəzalı dirək və xətlərin təmiri və ya dəyişdirilməsi ilə bağlı Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verilib.

Tohid Qarayev və Rasim Paşayev əkin və pambıq sahələrinin suvarılması ilə bağlı qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Müraciətlərin araşdırılması və lazımi tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə, o cümlədən RİH başçısının müavini Toğrul Bünyatova və Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı qaldırılan bütün məsələlər nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Keçidlər