Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Hüsülü kəndində səyyar qəbul keçirib

11 noyabr 2026 | 19:39
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Hüsülü kəndində səyyar qəbul keçirib
 
11 noyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hüsülü kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Qəbul zamanı vətəndaşlar tərəfindən kəndin sosial məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
 
Qəhrəmanov Həsrət Yuxarı Qarabağ kanalı üzərində yerləşən 5 nömrəli su nasosunun turbalarının qəzalı vəziyyətdə olduğunu bildirərək yeniləri ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş edib. Məsələ ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev məlumat verərək su xəttində cari təmir işlərinin vaxtaşırı aparıldığını, lakin vəsait çatışmazlığı səbəbindən problemin tam həll olunmadığını qeyd edib. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məktub hazırlanması tapşırılıb.
 
Fətəliyev Xanlar C.Həsənov adına Hüsülü kənd tam orta məktəbinin mövcud binasının sökülməsinin qarşısının alınması ilə bağlı müraciət edib. Rayon rəhbəri məktəbin yeni binasının tikintisinin Dövlət Proqramı çərçivəsində plana salındığını, mövcud binanın gələcək taleyi ilə bağlı şagirdlərin təhsil hüquqları və tədris prosesinin fasiləsizliyinin nəzərə alınacağını bildirib.
 
Hüseynov Qəni də həmin məktəb üçün yeni binanın tikintisi ilə bağlı müraciət edib. Məlumat verilib ki, C.Həsənov adına Hüsülü kənd tam orta məktəbinin yeni binasının tikintisi Dövlət Proqramı çərçivəsində plana salınıb.
 
Səyyar qəbul zamanı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Keçidlər