Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Hacılar kəndində səyyar qəbul-görüş keçirib

16 sentyabr 2026 | 17:08
16 sentyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Hacılar kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilib.
 
Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq müzakirələr aparılıb.
 
Müraciətlər əsasən pay torpaq sahələrinin suvarılması, subartezian quyularının fəaliyyəti, mövcud nasazlıqların aradan qaldırılması və suvarma imkanlarının yaxşılaşdırılması ilə bağlı olub. Sakinlər tərəfindən müxtəlif subartezian quyularının kabel və digər texniki problemlərinin aradan qaldırılması, eləcə də suvarma suyunun əkin sahələrinə çatdırılması ilə bağlı məsələlər qaldırılıb.
 
Qəbul zamanı səsləndirilən müraciətlər diqqətlə dinlənilib və hər bir məsələ ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Qaldırılan məsələlərin yerində araşdırılması və həlli istiqamətində Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müvafiq tapşırıqlar verilib.
 
Bildirilib ki, müraciətlərdən biri ilə bağlı əraziyə xidmət edən subartezian quyusunun 2027-ci ilin bərpa planına salınması nəzərdə tutulub. Digər müraciət üzrə isə subartezian quyusunda yaranmış problemin artıq aradan qaldırıldığı və quyunun hazırda işlək vəziyyətdə olduğu qeyd edilib.
 
Səyyar qəbul zamanı, həmçinin kənd sakinlərindən birinin pambıq əkini ilə bağlı yaranmış borc məsələsi dinlənilib. Məsələ ilə əlaqədar vətəndaşa qanunvericiliyin tələbləri izah olunub və hüquqlarının müdafiəsi ilə bağlı müvafiq hüquqi addımlar barədə tövsiyələr verilib.
 
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sakinlərin müraciətlərində qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib.
Keçidlər