Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Arazbar kəndində səyyar qəbul-görüş keçirib
09 sentyabr 2026 | 17:57
Sentyabrın 9-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Arazbar kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onların sosial və məişət məsələləri ilə bağlı qaldırdıqları problemlər müzakirə olunub.
Müraciətlər əsasən elektrik təsərrüfatında mövcud olan problemlərin aradan qaldırılması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi, elektrik enerjisinin verilişində yaranan çətinliklər, əkin sahələrinin suvarılması, subartezian quyularının su təminatı, suvarma növbəliliyinə əməl olunması, su arxlarının təmizlənməsi, həmçinin kəndlərarası yolun vəziyyəti ilə bağlı olub.
Qaldırılan məsələlərin hər biri ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Problemlərin yerində araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Elektrik təsərrüfatı ilə bağlı müraciətlər üzrə Ağcabədi Elektrik Şəbəkəsinə, suvarma və meliorasiya məsələləri ilə bağlı isə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, ərazidə mövcud subartezian quyularından birinin 2027-ci ilin bərpa planına salınması nəzərdə tutulur. Həmçinin suvarma ilə bağlı yaranan problemlərin yerində araşdırılması və mümkün alternativ imkanlardan istifadə edilməsi tapşırılıb.
Səyyar qəbul-görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli rayon rəhbərliyinin diqqətində saxlanılır.






