Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Ceyhun Mustafazadənin anım mərasimində iştirak edib

12 oktyabr 2022 | 12:03

Vətən torpağını addım -addım, qarış-qarış düşmən caynağından azad edilib,bizə qalib ölkənin vətəndaşı olmaq sevincini yaşadan qəhrəman igidlərimizin biri də Ceyhun Mustafazadədir.

Oktyabrın 12-də Sarıcalı kəndində şəhidin anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı ,YAP-Ağcabədi Rayon Təşkilatının sədri, hüquq -mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında düşməni lərzəyə gətirməsindən söz açdı. Qəhrəman vətən oğlunun ruhuna dualar oxundu.
Qeyd edək ki, Ceyhun Mustafazadə 27 yanvar 1997-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. O, orta təhsilini Sarıcalı kənd Müşfiq Uluxanov adına tam orta məktəbində alıb. 2017-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb.
Naxçıvandakı ” N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib.Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun, vətən müharibəsinin də iştirakçısı olub. Düşmənin 21 hərbçisini məhv edən cəsur kəşfiyyatçı Murov yüksəklikləri , Cəbrayıl, Füzuli ,Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz ibrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında iştirak edərək qəhrəmancasına şəhadətə ucalıb.
Ceyhun Mustafazadə Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra ” Suqovuşanın azad olunmasına görə” , ” Kəlbəcərin azad olunmasına görə ” , ” Vətən uğrunda”, ” Cəsur döyüşçü” medalları ilə təltif olunub

Keçidlər