Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətində yeni təyinatlar

08 aprel 2023 | 11:52

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə Xətai Zeynalov, rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Vüsalə Məmmədova təyinat alıb.

Qeyd edək ki, Zeynalov Xətai Vəliş oğlu 2 iyun 1989-cu ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Texnologiya Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi, 2019-2022-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini başa vuran X.Zeynalov “Lokal şəbəkələrdə təhlükəsizlik. KiberCinayətkarlıq” mövzususunda elmi işini müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.

O, daha əvvəl Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, İnformasiya təminatı və təhlili sektorunun müdiri, sonra RİHB-nin müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrində çalışıb.

* * *

Rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunan Məmmədova Vüsalə İbrahim qızı isə 9 iyun 1985- ci ildə Ağcabədidə anadan olub. 2007-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirib.

O, daha əvvəl Ağcabədi RİHB aparatının İnformasiya təminatı və təhlili sektortunda aparıcı məsləhətçi, İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi olub.

Keçidlər