Ağcabədi Rayon İcra Hakimiyyətində yeni təyinat və kadr dəyişikliyi
Ağcabədi RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə Babək Əliyev təyinat alıb.
Qeyd edək ki, Əliyev Babək Adil oğlu 1 yanvar 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetini bakalvr, 2018-2020-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi üzrə bitirib.
O, daha əvvəl “Rabitəbank”ASC-nin Kart Əməliyyatları Departamenti, Ekvayrinq şöbəsi, 1-ci dərəcəli inspektor vəzifəsində çalışıb.
***
Bundan əlavə, Sərraf Nağıyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Səbuhi Mövsümov Böyük məsləhətçi- RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Ülkər Kərimova aparıcı məsləhətçi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu vəzifəsinə, Elvin Həsənov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyinat alıblar.