Ağcabədi Rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
22 iyul 2023 | 19:19
Ağcabədi Rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Çay süfrəsi arxasında təşkil edilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, aparatın məsul əməkdaşları, “Aran” qəzeti və qəzetin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının əməkdaşları iştirak edib.
Çıxış edən X. Zeynalov “Aran”ın kollektivini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, keçdiyi inkişaf yolundan, media və dövlət qurumlarının əməkdaşlığından danışılıb.