Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

05 mart 2025 | 18:55

Martın 5-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2024-cü  ildə gördüyü işlərin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 

Yığıncaqda  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon polis şöbəsinin rəis müavini, o cümlədən ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, şəhər sakinləri, YAP fəalları, fermerlər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Yığıncaq açıq elan edildikdən sonra  ümummilli lider Heydər Əliyevin və torpalarımızın azadlığı uğrundə canını fəda edən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağın sədr və katibi seçildikdən sonra  hesabat məruzəsi ilə çıxış edən RİH başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Fikrət Allahverdiyev bildirib ki, rayonumuzda son illər aparılan tikinti, abadlıq və quruculuq işləri, yeni iş yerlərinin yaradılması uğurla həyata keçirilir. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində də ötən il ərzində xeyli işlər görülmüşdür.

 2024-cü ildə  şəhər ərazisində pambıq əkimindən danışarkən məruzəçi qeyd edib ki,   2023-cü il ilə müqayisədə ötən il  1786 ton artıq məhsul təhvil verilib. Barama təhvilində isə 2023-cü ilə nisbətən məhsuldarlıq az olub.

Fikrət Allahverdiyev həmçinin hesabat ilində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsi tərəfindən “Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması” predmeti üzrə açıq tender keçirildiyini, tenderin qalibi ilə müqavilə bağlanaraq mənzil fondunun əsaslı təmir işləri aparıldığını da qeyd edib.Belə ki, Ağcabədi şəhəri Heydər Əliyev prospektində yerləşən 118 saylı 2 mərtəbəli 12 mənzilli, 120 saylı 2 mərtəbəli 16 mənzilli, 122 saylı 2 mərtəbəli 24 mənzilli, 166 saylı 2 mərtəbəli 16 mənzilli, 168 saylı 2 mərtəbəli 8 mənzilli, 170, 172 və 174 saylı hər biri 2 mərtəbəli olmaqla 16 mənzilli, İsmət Qayıbov küçəsində yerləşən 1, 3, 23 və 25 saylı hər biri 2 mərtəbəli olmaqla 16 mənzilli yaşayış binalarının həyətində əsaslı təmir işləri aparılaraq “abad həyətlər” qurulub. Lahiyə çərçivəsində həyətdə olan qanunsuz tikililər sökülərək işıqlandırma sistemləri yenilənib, istirahət guşələri, əyləncə və idman meydançaları quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Binaların giriş qapı boyunca iki tərəfli bardyor düzülərək tamet döşənib.

Rayonda görülən digər işlərdən də danışarkən natiq bildirib ki,2024-cü ildə küçə işiq dirəklərində sıradan çıxmış led lampalar yenisi ilə əvəz edilib, maqnit ötürücü və foto-relelər quraşdırılıb. Bununla bərabər, sıradan çıxmış yeraltı kabellərin dəyişdirilməsi işləri də davam etdirilib, şəhərdaxili küçə yollarına asfalt salınması işləri aparılıb, Heydər Əliyev parkı ilə ASAN xidmət mərkəzi arasındakı sahədə səkinin salınması işləri aparılır. Rayondakı parklarda, küçələrdə aparılan digər bərpa, quruculuq, abadlıq işlərindən danışan Fikrət Allahverdiyev həmçinin mövcud çatışmazlıqlardan, çətinliklərdən də söz açıb, aidiyyəti təşkilatları müəyyən məsələlərdə yaxından iştirak etməyə çağırıb.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mehman Novruzovun 2024-cü ildə vətəndaş müraciətlərinin icra vəziyyəti, təsərrüfatbaşına uçotun aparılması və elektron sistemə işlənməsi barədə hesabatı dinlənilib.

Bundan  Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Firdovsi Qasımov, Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismarı İdarəsinin baş mühasibi Elmir Əliyev, şəhid ailəsinin üzvü Nüşabə İbrahimova məruzə ətrafında çıxış ediblər.

Yekunda Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Haqqında söz açılan müəyyən məsələlərə münasibət bildirən rayon rəhbəri görülən işləri müsbət dəyərləndirib. Həmçinin qarşıda duran bəzi məsələlər də diqqətə çatdırıb.

Yığıncaqda səslənən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla, müvafiq qərar qəbul olunub.

Keçidlər