Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat olub
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Toğrul Bünyatov təyinat alıb.
Qeyd edək ki, Bünyatov Toğrul Nazim oğlu 8 fevral 1987-ci ildə Ağcabədi şəhərində anadan olub. O, 2011-ci ildə Lənkəran Dövlət Universitetinin Biznesin təşkili və idarə olunması ixtisasını bitirib.
Toğrul Bünyatov daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində arxiv işçisi, məsləhətçi, aparıcı məsləhətçi, sözügedən nazirliyin tabeliyində Dövlət Məşğulluq Xidmətinin Ağcabədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi, direktor əvəzi, Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq Mərkəzi filialında baş mütəxəssis, “Azərsu” ASC-nin 5 №-li regional su-kanal idarəsində sahə rəisi və s. vəzifələrdə işləyib. Hazırkı təyinata qədər isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialında şöbə müdiri vəzifəsində çalışıb.