Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir

30 aprel 2026 | 18:39
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir
 
Aprelin 30-da Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gündəlikdə duran mühüm məsələləri şura üzvlərinin və aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdırmışdır.
 
Geniş tərkibli iclasda rayonun sosial-iqtisadi həyatı üçün əhəmiyyət kəsb edən üç əsas istiqamət üzrə məruzələr dinlənilmişdir.
İlk olaraq ana və uşaq sağlamlığının qorunması məqsədilə yaradılmış hamilə qadınların və 0–1 yaşlı uşaqların elektron uçot sisteminin fəaliyyəti təhlil edilmişdir. RİHB başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək riskli hamiləlik hallarının nəzarətdə saxlanılması, perinatal ölüm hallarının qarşısının alınması istiqamətində görülən tədbirlərin səmərəliliyi barədə məlumat vermişdir. Bildirilmişdir ki, tətbiq olunan sistem vasitəsilə tibbi nəzarət daha operativ və effektiv şəkildə həyata keçirilir.
 
Daha sonra kənd təsərrüfatı üçün aktual olan suvarma suyunun təminatı məsələsi müzakirə edilmişdir. RİHB başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov çıxış edərək Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən mövcud su mənbələrindən səmərəli istifadə olunması, suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Eyni zamanda, ötən ilin aprel ayında qəbul edilmiş qərarın icra vəziyyəti və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.
 
İclasda şəhərsalma qaydalarına riayət olunması və qanunsuz tikililərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olmuşdur. Aparatın Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Səfər Səfərov Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq əhali arasında aparılan maarifləndirmə işləri barədə məruzə etmişdir.
 
Qanunsuz tikililərlə mübarizə və digər məsələlərlə bağlı RİHB başçısının müavini Xətai Zeynalov çıxış edərək mövcud nöqsanları diqqətə çatdırmış, bu kimi halların qarşısının alınmasında kənd bələdiyyələrini və icra nümayəndəliklərini daha fəal olmağa çağırmışdır.
 
Qaldırılan məsələlər ətrafında iclas iştirakçıları ilə geniş fikir mübadiləsi aparılmış, rəy və təkliflər dinlənilmiş, müvafiq tapşırıqlar verilmişdir.
Müzakirələrin yekununda hər üç məsələ üzrə qərar layihələri oxunaraq yekdilliklə qəbul edilmişdir.
Keçidlər