Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaş müraciətlərinə baxılması işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurulub.
Bu məqsədlə də 2023-cü ilin yanvar-iyun aylarında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında daxil olmuş vətəndaş müraciətlərinə baxılması, əhalini narahat edən problemlərin yerində öyrənilməsi, onların yaranma səbəblərinin araşdırılması və təhlili sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilib və nəticəsi barədə aidiyyəti üzrə cavablar verilib.
Vətəndaşlar tərəfindən daxil olan sorğuların və müraciətlərin cavablandırılması üçün rayon icra hakimiyyətində həftənin 1-6-cı günlərində fəaliyyət göstərən “Qaynar xətt”lər mövcuddur. Bu əlaqə nömrələri vətəndaşların asan məlumat əldə etmələrinə xidmət edir. Daxil olan yazılı və şifahi sorğular, şikayətlər qanunvericilikdə müəyyən olunmuş qaydada və müddətdə araşdırılaraq cavablandırılır.
Cari ilin yanvar-iyun aylarında rayon icra hakimiyyətinə daxil olmuş vətəndaş müraciətlərinin növlər üzrə təsnifatı göstərir ki, 2023-cü ilin müvafiq dövründə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında, rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairələrindən Mərkəzi İcra Hakimiyyəti orqanlarına ünvanlanmış və baxılması üçün rayon icra hakimiyyətinə göndərilmiş 415 ədəd, yerlərdən isə 436 ədəd olmaqla, cəmi 851 ədəd yazılı müraciətə baxılıb.
Yuxarı instansiyalara keçən ilin müvafiq dövrü ilə müqayisədə 499 ədədə qarşı 415 ədəd az müraciət ünvanlanıb.
Carin ilin müvafiq dövründə rayon icra hakimiyyətinə daxil olan 851 ədəd vətəndaş müraciətlərinin 595 ədədi, yəni 70%-i sosial, torpaq sahəsinin ayrılması, ev tikintisi və təmiri, meliorasiya, su məsələləri ilə bağlı olub.
Həmin müraciətlərdən 108 ədədi fərdi və kollektiv qaydada olan təkrar müraciətlərdir. Təkrar müraciətlərin yaranma səbəbi müraciətlərdə qaldırılan məsələlərin həllinin yerli icra qurumunun səlahiyyətləri daxilində olmaması və vətəndaşlar tərəfindən qanunvericiliyə zidd əsassız tələblərin irəli sürulməsi ilə bağlıdır. Müraciət müəlliflərinə əsaslandırılmış cavablar verilməsinə baxmayaraq, həmin vətəndaşların əksəriyyəti müraciətlərini davam etdirirlər.
Aparılan təhlillər nəticəsində müəyyən olub ki, müvafiq müddət ərzində rayon icra hakimiyyətinə daxil olan yazılı və şifahi müraciətlərdə ən çox sözügedən mövzular sosial məsələlər – işsizlik, birdəfəlik maddi yardım, torpaq məsələləri – otlaq, sahibkarlıq məqsədi və əkin üçün bələdiyyələrdən topaq sahələrinin ayrılması, mənzillə təmin olunma, fərdi yaşayış evinin tikintisi, suvarma suyu, içməli su təchizatı, əlillik dərəcəsinin təyin edilməsi, qəyyumluq və övladlığa götürmə, ailə, qadın və uşaq problemləri və digər məsələlər olub.
2023-cü ilin yanvar-iyun aylarında daxil olan 851 ədəd vətəndaş müraciətlərinin 114 ədədi müsbət həllini tapıb, 1 ədədi qismən həll olunub, 15 ədədi əsassız hesab edilib, 582 ədədinə müvafiq izahat verilib, 5 ədədi baxılması üçün aidiyyəti üzrə göndərilib, 15 ədədi baxılmamış saxlanılıb və 119 ədədi isə icradadır.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların müraciətlərinə baxılması qəbul qrafikinə uyğun olaraq həftənin 1-6-cı günləri Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzi vasitəsi ilə həyata keçirilir. Vətəndaş qəbullarının yeni proqram əsasında təşkilinin başlıca məqsədi birbaşa və ya “WhatsApp”, “SMS”, telefon zəngi ilə daxil olan müraciətlərin dərhal qeydiyyata alınması, baxılması, tələb olunduqda vaxt itirmədən mobil qruplar tərəfindən məsələnin yerində araşdırılması, haqlı tələblərinin həllinə operativ nail olmaqla nəticəsi barədə vətəndaşın dərhal cavablandırılmasıdır.
Bu ilin yanvar-iyun aylarında Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzinə 846 ədəd vətəndaş müraciətləri daxil olub. Həmin müraciətlərin 603 ədədi müsbət həll olunub, 76 ədədi qismən həll olunub, 102 ədədi araşdırma nəticəsində əsassız olduğu üçün imtina edilib, 65 ədədi rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı üçün müvafiq qanunvericilik qaydaları əsasında ətraflı izah edilməklə lazımi istiqamət verilib.
Bundan əlavə cari ilin 6 ayında rayon rəhbəri tərəfindən RİHB-nın aparatında 20 qəbul keçirilib, 861 nəfər vətəndaş isə qəbul edilib.
Rayon icra hakimiyyəti başçısı tərəfindən yerlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, Qarabağ müharibəsi əllilləri, fermerlər, torpaq mülkiyyətçiləri və ictimaiyyət nümayənlərinin iştirakı ilə 24 səyyar qəbul keçirilib, həmin səyyar görüşlərdə 1938 nəfər vətəndaş iştirak edib, 124 vətəndaş müraciət edib və müxtəlif sahələr üzrə 133 məsələ qaldırılıb.
Səyyar qəbullarda qaldırılan məsələlər əsasən suvarma suyu, içməli su, subartezian quyularının qazılması və bərpası, işlə bağlı, sahibkarlıq obyekti və əkin üçün torpaq sahəsinin ayrılması, qaz çəkilişi, kabelləşmə və sair məsələlər olub. Qəbullarda qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bir qisminə müvafiq izahlar verilib və digər məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara rəsmi məktublarla müraciətlər ünvanlanıb.
Şifahi və yazılı formada daxil olan vətəndaş müraciətləri hər rübdə bir dəfə olmaqla rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında geniş müzakirə edilir, mövzular üzrə təhlillər aparılır və yaranmış nöqsanların qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilir. Həmçinin ilin yekunu üzrə məlumatlar ümumiləşdirilərək, Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilir və mətbuatda çap olunur.