Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi.

27 aprel 2023 | 12:22

26 aprel 2023-cü il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon İcra Hakimiyyətinin, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, Ağcabədi Pedoqoji kollecinin nümayəndələrinin iştirakı ilə “Nurdan yaranıb nura qovuşan insan“ adlı tədbir keçirildi. Tədbir Zərifə xanım  Əliyevanın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva Zərifə xanım haqqında ətraflı danışaraq bildirdi ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Görkəmli alimin bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır¸ müalicə işi təşkil edirdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir. Daha sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rahilə Şükürova, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova, Aran Ağcabədi tv-nin əməkdaşı Pərvin Şakirqızı çıxış edərək, qeyd ediblər ki, Bakı Məişət Kondisionerləri Zavodu və Bakı Şin Zavodunda apardığı müşahidələr, yaratdığı tibbi müalicə və diaqnostika mərkəzi oftalmologiya sahəsində özünə qədər və ondan sonra aparılan tədqiqatlardan tam fərqli elmi nəticələrin əldə olunmasına öz töhfəsini verib. Akademik diqqətə çatdırıb ki, məhz bunun nəticəsində ölkəmizdə 1960-cı illərə qədər geridə qalmış tibb sahələrindən biri sayılan oftalmologiya elmi artıq 1970-ci illərdə Moskva, Sankt-Peterburq kimi bu elm sahəsində əsas mərkəzlərlə bir sırada dayanırdı və bir çox hallarda onlardan önə keçmişdi. Həmin illərdə dünyanın bir sıra ölkələrinin, həmçinin keçmiş SSRİ-nin görkəmli alimlərinin məqsədinin Bakıda keçirilən konfranslarda iştirak etmək, müzakirələr aparmaq, reallıqları görmək olduğunu deyən akademik İsa Həbibbəyli bu reallıqların birbaşa Zərifə Əliyevanın praktik və elmi fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.

Sonda Mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Zərif Ana” adlı videoçarxa baxış keçirildi.

Keçidlər