Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya YOX deyək!“ adlı maarifləndirici tədbir keçirildi
09 avqust 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya YOX deyək! “ başlıqlı maarifləndirici tədbir keçirildi. Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin, Aran TV-nin, Aran qəzetinin, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, GİKM-in Ağcabədi nümayəndəliyinin, YAP Ağcabədi rayon təşkilatının nümayəndələrinin iştirakı ilə baş tutub.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ilk öncə narkomaniyanın tarixindən danışaraq qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyaya hələ eramızdan əvvəl yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinib. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Son zamanlar narkotik vasitə istifadəçilərinin artması ciddi narahatlıq doğurur. O, həmçinin Ümumilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab etdiyini, bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövrlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratdığını vurğulayıb.
Daha sonra Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin əməkdaşı Vüsalə Məmmədova , Aran TV-nin redaktoru Gündüz Nəcəfov, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Lalə Həsənova, Ruhiyə Rüstəmova mövzu ətrafında çıxışlar edib,narkomaniyanın qarşısının alınması istiqamətində təkliflər irəli sürdülər.