Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Müharibə Təəssüratlarım” mövzusunda dəyirmi masa keçirildi
13 oktyabr 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin II ildönümü ilə əlaqədar Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirildi. İlk öncə Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan Rövşanə Əliyeva çıxış edərək bildirdi ki, XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edərək torpaqlarımızın 20%-ni işğal edimiş, həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. Əks-hücum əməliyyatı ilə düşmənə döyüş meydanında layiqli dərs verildi və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Həmçinin müharibə təəssüratlarından danışan natiq qeyd etdi ki, məni illərdən bəri düşündürən bir suala müharibə zamanı cavab tapdım. Əslində, bu, tarixçilərin, sosioloqların mübahisə etdiyi bir məsələdir. Tarixmi şəxsiyyəti yaradır, şəxsiyyətmi tarixi yaradır?! Və mən nəhayət, bu suala cavab tapdım. Bəli, şəxsiyyət tarixi yaradır. Tarixi şəxsiyyət olan cənab İlham Əliyev yeni tarix yaratdı, mümkünsüzü mümkün edərək xalqımıza qələbə sevincini yaşatdılar. Daha sonra Aran Ağcabədi TV-nin redaktoru Gündüz Sevindik, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, ADPU-nun Ağcabədi filialının tələbəsi Abdullayev Romin, Mərkəzin elmi işçisi Ruhin Hüseynov müharibə təəssüratlarından, işğaldan azad olunmuş torpaqlarımızın flora və faunasından, mədəniyyət abidələrindən, coğrafiyasından, 44 günlük Vətən Müharibəsində xalqımızın birliyindən, ordumuzun rəşadətindən ətraflı danışaraq bildirildi ki, təkcə Ağcabədidən 3000 gənc döyüşələrə qatılaraq könüllü olaraq canlarını vətən yolunda qurban verməyə hazır olduqlarını bariz şəkildə göstərdilər. Sonda tədbir iştirakçıları tərəfindən “Qələbənizin ruhu naminə” adlı sərgi ilə yaxından tanış oldular.