Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirildi

15 noyabr 2022 | 18:19

Tədbir 15 noyabr 2022-ci il tarixində Ağcabədi rayon İcra Hakimiyyəti, Ağcabədi Tarix
Diyarşünaslıq Muzeyi, Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyi,
Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin nümayəndələrinin iştirakı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva
Milli Dirçəliş tariximizdən ətraflı məlumat verərək bildirdi ki, mənəvi əsaslarını və
başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər
Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil
Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Ermənilərin Topxanada törətdikləri
vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri
alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik
arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən
başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Daha sonra Ağcabədi
rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Mərkəzin elmi işçisi Ruhin
Hüseynov çıxış edərək bildirdilər ki, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda
Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər.
Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi
səvatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın
dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda
yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. Natiqlər
həmçinin qeyd etdilərki, bu günkü Zəfərimizin ilk qığılcımları məhz 1988-ci ildəki azadlıq
hərakatı ilə başlandı. Tədbirin bədii hissəsində Ağcabədi şəhər M.F.Axundov adına 3
saylı məktəb - liseyin Gənc Heydərçilərinin Milli Dirçəliş Günümüzə həsr olunmuş şeir
kompazisiyası səsləndirildi. Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər