Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli “ ilə əlaqədar tədbir keçirildi

05 aprel 2023 | 17:51

05 aprel 2023-cü il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Ağcabədi rayon Gənclər və
İdman idarəsinin birgə təşkilatçılığı ilə “Dahilər Dahisi Çağrılır Adın ” adlı tədbir keçirildi. Tədbir Ağcabədi
rayon Gənclər və İdman İdarəsinin, Laçın rayon 23 nömrəli tam orta məktəbinin, Yap Ağcabədi rayon
təşkilatının və Ağcabədi Pedoqoji Kollecinin nümayəndələrinin iştirakı ilə baş tutdu. İlk öncə Azərbaycanın
memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir qəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva Heydər Əliyevin
çoxşaxəli ömür yolundan ətraflı bəhs edərək bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-
siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli
şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm
qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat
amalının təntənəsidir. Daha sonra YAP Ağcabədi raon Təşkilatının aparat rəhbəri Nazim Bünyatov,
Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Laçın rayon 23 nömrəli tam
orta məktəbin direktoru Sədaqət Məhərəmova çıxış edərək bildirdilər ki, Azərbaycana rəhbərliyinin birinci
dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi
sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və
həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə
üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Sonda Laçın rayon 23 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir
kompazisiyası səsləndirildi, iştirakçılar dahi lider Həydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
olunmuş sərgi ilə yaxından tanış oldular.

Keçidlər