Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirildi
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirildi Tədbir Ağcabədi rayon İcra Hakimiyyəti, Ağcabədi Pedoqoji Kolleci, Aran –qəzeti,GİKİM Ağcabədi nümayəndəliyi və şəhər məktəblərinin nümayəndələrinin iştirakı ilə baş tutdu.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra canını vətən yolunda fəda etmiş şəhidlərimizin, soyqrım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan mərkəzin bələdçisi Səbinə Mamedova 31 mart soyqırımından məlumat verərək bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Daha sonra çıxış edən Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Mərkəzin elmi işçisi Ruhin Hüseynov 31 mart soyqırımının dəhşətlərindən ətraflı danışaraq bildirdilər ki, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Sonda tədbir iştirakçıları Ümummilli Lider Həydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Mərkəz əməkdaşları tərəfindən hazırlanmış sərgi ilə tanış olub, xatirə şəkli çəkdirdilər.