Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Pedaqoji Kollecində narkomaniyanın, insan alverinin, erkən nikahların fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib.

20 dekabr 2025 | 16:34

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində narkomaniyanın, insan alverinin, erkən nikahların fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Hafiz Hüseynov erkən nikahın fəsadlarından bəhs edib, belə neqativ hallara qarşı təhsil müəssisələrində, ictimaiyyət arasında, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini Elmir Dəmirçiyev isə çıxışında  insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barədə məlumat verib. Sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirən E.Dəmirçiyev hər bir yeniyetməni, gənci “Narkomaniyaya yox!” deməyə çağırıb. O, qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər arasında narkomaniya ön sıralarda dayanır. Bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.

Rayon icra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Qasımlı Aygün tədbirdə çıxış edərək insan alverinə qarşı aparılan mübarizədən danışıb, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra isə Ağcabədi Pedaqoji Kollecinin direktolu Bəxtiyar Əliyev çıxış edərək bu kimi tədbirlərin davamlı  keçirilməsinin, gənclərin maarifləndirilməsinin vacib olduğunu bildirib.

Yekunda iştirakçıların sualları cavablandırılıb. 

Keçidlər