Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.

12 iyun 2025 | 17:29
İyunun 12-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 18 may-18 iyun İnsan Hüquqları aylığı çərçivəsində “Hər kəsin hüququ var”mövzusunda Ağcabədi Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi, Ağcabədi rayon Peşə məktəbinin əməkdaşları və medai nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru, Ağcabədi RİHB aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın ailələr və uşaqlarla məsləhətçi-psixoloqu Ülkər Kərimova tədbiri açıq elan etdikdən sonra Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Ülkər Kərimova qeyd edib ki, belə toplantıların keçirilməsi yalnız hüquqi baxımdan deyil, həm də mənəvi və sosial cəhətdən böyük əhəmiyyət daşıyır. Çünki insan hüquqları sadəcə qanunlarla qorunan hüquq və azadlıqlar toplusu deyil. Bu hüquqlar insanın şəxsiyyətini tanıyan, ona dəyər verən, ləyaqətini qoruyan universal dəyərlər sistemidir. Ancaq təəssüf ki, reallıqda bu hüquqların pozulduğu hallarla qarşılaşırıq: dünyada milyonlarla insan zorakılığa, ayrı-seçkiliyə və haqsızlığa məruz qalır. Hətta bəzən belə hallarda insanlar hüquqlarının pozulduğunu belə dərk etmirlər. Bu səbəbdən də insan hüquqları barədə danışmaq, müzakirə aparmaq və ictimai şüuru artırmağın xüsusi önəmi var.
Daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, Vətən müharibəsi iştirakçısı, mərkəzin direktor əvəzi Ruhin Hüseynov, Ağcabədi rayon Peşə məktəbinin direktoru Fərrux Rəhimli və M.F.Axundov adına 3 saylı məktəb-liseyin psixoloqu Məhbubə İbrahimli çıxışlar ediblər. Çıxışlarda qeyd olunub ki, hər bir insan cinsindən, dinindən, irqindən, sosial statusundan və ya mənşəyindən asılı olmayaraq doğulduğu andan etibarən hüquqlara malikdir. Bu hüquqlar bizə kimsə tərəfindən bağışlanmır, onlar bizim heç bir halda əlimizdən alınmamalı olan təbii haqlarımızdır. Özünün və digər insanların hüquqlarına hörmətlə yanaşmaq, bu hüquqları qormaq hər kəsin insanlıq borcu, insanlıq vəzifəsidir. O da vurğulanıb ki, eyni zamanda bu ədalət hissi və vicdan məsələsidir. Hüquqların qorunması yalnız hüquq-mühafizə orqanlarının işi deyil, bu prosesdə hər kəsin rolu, məsuliyyəti vardır.
Təxminən bir saata yaxın davam edən dəyirmi masa mövzu ətrafında qarşılıqlı disskusiya şəklində davam etdirilib.
Keçidlər