Ağcabədi Bayraq Muzeyində məktəb psixoloqları üçün maarifləndirici təlim keçirilib.
Noyabrın 13-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin birgə əməkdaşlığı ilə Konstitusiya və Suverenlik İli, eləcə də “Uşaq hüquqları aylığı” çərçivəsində Ağcabədi Bayraq Muzeyində məktəb psixoloqları üçün maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarının artırılması, sənədlərlə işləmə qaydalarının təkmilləşdirilməsi və şagirdlərlə psixoloji işin təşkili üzrə bilik və bacarıqlarının genişləndirilməsi olub.
Tədbir zamanı iştirakçılara psixoloqların gündəlik fəaliyyətində vacib olan sənəd dövriyyəsi, hesabatların hazırlanması, psixoloji müşahidə və diaqnostika prosesinin təşkili, həmçinin şagirdlərlə fərdi və qrup şəklində işləmə metodları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktik tövsiyələr təqdim olunub.






