Şriftin ölçüsü :

Saytın rəngi :

Ağabəyli kəndində səyyar qəbul keçirildi

22 iyun 2023 | 16:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrini rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq problemlərinin həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Rayon rəhbəri Rafil Hüseynov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərinin yerindəcə öyrənilib  həll edilməsi məqsədilə iyunun 21-də rayonun Ağabəyli kəndində səyyar qəbul keçirdi.

Qəbulda icra başçısı Rafil Hüseynovla yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəsi,  bələdiyyəsi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri, media nümayəndələri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan və Prezident İlham Əliyevin ölkənin daxili və xairici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən söz açdı.
Bildirdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, dövlət idarəçiliyinin effektivliyi möhkəmlənmiş, müstəqil respublikamızın beynəlxalq nüfuzu artmışdır.

Həmçinin rayon rəhbəri iyun ayının 18-də ölkə ərazisində keçən qeyri-sabit hava şəraitinin Ağcabədidə də ciddi fəsadlar törətdiyini qeyd etdi.  Əsasən rayonun Hindarx qəsəbəsi, Hacılar, Boyat, Qaraxanlı, Bilağan, Şərəfxanlı, İmamqulubəyli və digər kəndlərdə baş verən güclü dolunun elektrik təsərrüfatına, xüsusən təsərrüfat sahələrinə – pambığa, taxıla eyni zamanda yaşayış evlərinə ciddi zərər vurduğundan danışan icra başçısı dolunun vurduğu ərazlərə dərhal baxış keçirildiyini,  fəsadların aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlar verdiyni də qeyd etdi.
İcra başçısı təbii fəlakətlər zamanı sığortalanmanın üstün cəhətlərindən də danışaraq, bunun önəmindən söz açdı.
Qəbulda çıxış edən kənd sakinləri Zülfü Quliyev, Elman Sadıqov, Çingiz Hüseynov, Elyaz Gülməmmədov, Maşallah Quliyev, Şirinnaz Əhmədova kənddə yaranmış, onları narahat edən çətinlik və problemlər barədə icra başçısına məlumat verdilər.
Rayon rəhbərliyi tərəfindən qaldırılan həlli mümkün məsələlərin baxılması üçün aidiyyəti qurumlara tapşırıqlar verildi.

Keçidlər