Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında futbol idman növü üzrə Ağcabədi rayon turniri.

10 may 2017 | 11:00

01-09 may 2017-ci il tarixlərdə   rayon Gənclər və İdman idarəsinin   təşkilatçılığı  ilə şəhər  Mərkəzi Stadionunda Ümummilli  Lider  Heydər Əliyevin  anadan olmasının  94-cü  ildönümünə  həsr  olunmuş məktəblilər arasında futbol idman növü üzrə  rayon  turniri keçirilmişdir. Gərgin keçən mübarizə şəraitində davam edən turnirdə  M.F.Axundov  adına  şəhər  3  saylı məktəb-liseyi  I  yerə, C.Quliyev adına Təzəkənd tam orta məktəbin komandası II yerə və  R.İbrahimov  adına  Nəcəfqulubəyli kənd tam orta məktəbin  komandası III yerə laiq görülmüşdür. Nəticədə I,II,III  yerləri  tutmuş komandalara rayon Gənclər və İdman idarəsi tərəfindən kuboklar və  diplomlar təqdim olunmuşdur.

Keçidlər