Şriftin ölçüsü :

Saytın rəngi :

25 İL ŞUŞASIZ.

10 may 2017 | 11:00

08 May 2017-ci il  tarixində  Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsi Ağcabədi rayon Hindarx Qəsəbə kitabxana və klub müəsisələrinin birgə təşkilatçılığı ilə “25 il Şuşasız” başlığı altında tədbir keçirilmişdir. Tədbir Hindarx qəsəbəsində Şəhidlər Xiyabanına ziyarətlə başladı.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Hindarx qəsəbə klub  flialının müdiri Gülsarə Süleymanova  açaraq məlumat verdi ki, 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
Sonra söz Hindarx qəsəbə İcra mümayəndəsi Akif Qasımova verildi. O öz çıxışımda bildirdi ki,
Həmin gecə Erməni işğalçılarının xəyanətkar hücümuna qəhrəmanlıqla cavab verirdi bizim igidlərimiz. Azərbaycan xalqının qəhrəman oğulları Şuşa uğrunda son damla qanlarını axıdırdılar. Alınmaz qala sayılan Şuşa xəyanətin qurbanı oldu. Hər zaman qonşu bildiyimiz vondalların yeni bir xəyanətidə Şuşa oldu. İllər bizə Şuşanı unutdura bilmədi. Səfalı yerlərimizi kino filimlərdə görmək arzusu ilə sənədli filimlərə baxmaqla az da olsa təskinlik taparaq sakitləşmək istəyirik. Amma bu mümkünmü? Sosial səbəkələrdə Şuşanın bu günkü görüntüsünü axtararaq işğal altında inləyən Şuşamızın qarşısında günahkar tək baş əyirik. Şuşasızlıq bir xəstəlikdir, bu xəstəliyə tutulanları gözlərindən tanımaq olur. Şuşalıların gözləri gülmür, onların gülüşləri saxta, sevincləri yarı, dərdləri bitməz, həsrətləri ovunmaz. Onların hər çəkdiyi bir ah kəlməsi ətrafdakıları yandırar. . O faciədən artıq 25 il keçib.O qanlı döyüşlərdə igidlik göstərərək şəhid olan oğullarımızın ruhu qarşısında baş əyirik və Şuşasız Şuşalılarımıza dözümlü olmağı arzulayırıq. Bir gün onlar Vətən torpağında at belində gəzəcəklərini unutmasınlar.
Çıxış edənlər hər biri  öz çıxışında qeyd etdi ki, Tək Şuşa deyil işğal altında inləyən torpaqlarımızın geri alınacağı gün gələcək,  Ali Baş komandanımız cənab İlham Əliyevin səyi nəticəsində biz torpaqlarımızı geri alacağıq və hər bir vətən həsrətli soydaşlarımız öz torpaqlarında yaşayacaqlar .

Keçidlər