Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq birinciliyi

08 may 2017 | 11:00

05-06 may 2017 – ci il tarixlərdə  şəhər Mərkəzi Stadionunun idman zalında Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider  Heydər  Əliyevin  anadan olmasının  94-cü ildönümünə  həsr  edilmiş uşaqlar və yeniyetmələr arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq  birinciliyi keçirilmişdir. Birincilikdə 9 rayonunun (Ağcabədi, Yevlax, Bərdə, Ağdam, Xocavənd, Beyləqan, İmişli, Laçın və Zərdab)  taekvondoçuları  iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən birincilikdə 218 nəfər idmançı qüvvəsini sınamışdır.Nəticədə I,II,III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman idarəsinin  təhsis etdiyi diplomlar və medallar təqdim olunmuşdur.

Keçidlər