Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ağcabədi rayonunda silsilə tədbirlər davam etdirilir
Ağcabədi rayon Pərioğullar kənd kitabxanası həmin kənddə yerləşən tam orta məktəblə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Samirə müəllimə qonaqları salamlayaraq sözü məktəbin direktoru Fəxrəddin Həsənova verdi.
Natiq qeyd etdi ki,bütün Azərbaycan,eləcə də Türk dünyası ulu öndər Heydər Əliyevin 94-cü ildönümünü böyük təntənə ilə ,böyük bir coşqu ilə qeyd edir.Bizdə böyük qürur hissi ilə bu coşquya,bu təntənəyə qoşuluruq.Deyirlər ki,-“İnsan yaranmışların ən kamilidir”.Bəs bu kamilliyin hüdudlarını ölçmək mümkündürmü? Bu kamilliyin dühası gözlərimizin qaçısında böyük zirvələrin görünməz ucalığına doğru ucalır.1923-cü ilin 23 mayda Naxçıvan şəhərində dünyanın siyasi üfüqlərində parlaya biləcək bir insan dünyaya gəldi.Amma heç kəsin ağlına belə gəlməzdi ki,bu körpə gələcəkdə dünyanın ən ,tanınmış,böyük və uzaqgörən siyasətçisi, öz xalqının xilaskarı,bəşəriyyətin tanınmış şəxsiyyətləri arsında ən böyük şəxsiyyətlərdən biri olacaq.Bu gündə ulu öndərin davamçısı Prezident İlham Əliyev onun uğurlu siyasətini layiqli davam etdirərək dövlətimizin bütün dünyada tanınmasında və çiçəklənməsində inamlı addımlar atmaqdadır.
Daha sonra çıxış edən ədəbiyyat müəllimi İradə Quliyeva,Pərioğullar kənd kitabxanasının müdiri Nübar Qasımova,Tarix müəllimi Bəsti Xəlilova,Hacıbədəlli kənd kitabxanasının müdiri Sevda Həsənova ulu öndərin dövlətçilik ənənələrindən,uzaqgörən siyasətindən,ölkəmizin inkişafı naminə atdığı addımlardan və onun uğurlu siyasətindən söz açaraq onun xatirəsini hörmət və ehtiramla andılar.Çıxışlardan sonra şagirdlərin ifasında ulu öndər haqqında yazılmış biri-birindən gözəl şeirlər səsləndirildi.