Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon gülqoyma mərasimi keçirilmişdir.

11 may 2013 | 10:00

10 may  2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi Rayonu İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyev meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə Ümummilli Lider  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon gülqoyma mərasimi   keçirilmişdir.
    Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanları,idarə və müəssisə rəhbərləri, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər  iştirak etmişdir.
    Minlərlə Ağcabədi sakini Ulu Öndərin abidəsini ziyarət edərək, Ona olan sonsuz sevgisini və ehtiramını bildirmişdir.
     Ziyarətdən sonra  gülqoyma mərasimində iştirak edənlər  Rayon Heydər Əliyev Mərkəzində oldular və  Ümimmilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu geniş ekspozisiya ilə tanış oldular, Ulu Öndərin dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində  göstərdiyi xidmətlərə həsr olunmuş  sənədli filmə  baxdılar və xatirə şəkli çəkdirdilər.
   

 

 

Keçidlər