Şriftin ölçüsü :

Saytın rəngi :

.Ağcabədi şəhər Ü.Hacıbəyli adına 7 saylı məktəbdə ənənəvi “Əlifba” bayramını keçirilib

08 may 2017 | 11:00

Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur.Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır.Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.Ağcabədi şəhər Ü.Hacıbəyli  adına 7 saylı məktəbin 1-ci sinfi də 6 may tarixində ənənəvi  “Əlifba” bayramını keçiriblər. Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılıblar. Əlifba bayramı  rayonun Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbində keçrilmişdir.

   Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.
Birincilər “Vals” sədaları altında səhnəyə daxil olublar.Bundan başqa şagirdlərin ifasında bir neçə milli və xarici rəqslər də nümayiş etdirilib. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.Şagirdlərin yaratdığı maraqlı səhnəciklər – tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
    Şagirdlər eyni zamanda simvolik olaraq “Əlifba” sözünü yaradan hərflərə  və “0” – dan “10”-a qədər olan rəqəmlərə aid şeirlər söylədilər.
   Tədbirdən sonra birincilər Gənclər Mərkəzində yadda qalan əyləncəli bir gün keçirtdilər.

Keçidlər