Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətində 700 bal toplayan şagirdlə görüş keçirilib

05 may 2017 | 11:00

Mayın 4-ü Ağcabədi rayon İcra Hakimiyyətində ali məktəblərə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan Ağcabədi şəhər 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Arzunu təbrik edərək, ona hədiyyələr təqdim etmiş və gələcək təhsil həyatında uğurlar arzulamışdır. Həmçinin, şəhər 3 saylı məktəb liseyin direktoru, əməkdar müəllim Həcər Əliyeva çıxış edərək ayrılan diqqətə görə rayon İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir. Arzu Məmmədzadə isə öz növbəsində təhsilə ayrılan diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduğunu, eyni zamanda ona bu uğurunda yaxından kömək edən müəllimlərinə təşəkkür etdiyini bildirmişdir.

Keçidlər