Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 94 – cü il dönümünə həsr olunmuş mini futbol üzrə Ağcabədi rayon turniri

02 may 2017 | 11:00

24-30 may 2017-ci il tarixlərdə Ağcabədi rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 94 – cü il dönümünə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə  rayon turniri keçirilmişdir. Gərgin və maraqlı keçən mübarizənin sonunda M.Aranlı adına Ağcabədi şəhər 11 saylı  tam orta  məktəbin komandası birinci yerə, Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı  tam orta  məktəbin      komandası ikinci yerə, M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı  məktəb-liseyinin     komandası üçünçü yerə laiq görülmüşdür. Nəticədə I, II, III yerləri tutmuş komandalara Ağcabədi rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və kuboklar  təqdim olundu.

Keçidlər