Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib

01 may 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq 28 aprel 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”  mövzusunda  konfrans keçirilmişdir.
konfrans iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq Mərkəzdə aprel ayından etibarən silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir. Sonra natiq Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edərək vurğulamışdır ki, ister sovet hakimiyyəti illərində,istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin atdığı bütün addımlar Azərbaycanın gələcəyinə hesablanmışdı.
  Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov məruzə edərək Ulu Öndərlə görüşlərindən söz açdı. O, dahi lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, həyata keçirtdiyi siyasətin uğurlarından danışaraq bu şəxsiyyətin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı.
   Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müvini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Səlminaz Rəhimova çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev xalqımızın və dövlətimizin milli mənafeyini hər şeydən üstün tutan bir rəhbər idi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru dəyişmişdir. 1969-82 -ci illərdə  baş verən bütün köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq səlnaməsində ən dolğun səhifələri təşkil edir .      O da diqqətə çatdırılmışdır ki, təməli Ulu Öndər tərəfindən qoyulan dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
      Daha sonra Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyev çıxış edərək Ulu Öndərin zəngin idarəçilik təcrübəsi və hazırladığı uzunmüddətli inkişaf strategiyası sayəsində Azərbaycan sovet ittifaqı məkanında qısa müddət ərzində öz layiqli yerini tutduğunu və ölkəmizdə geniş tikinti-quruculuq işlərinin aparıldığını bildirmişdir. Qısa zaman ərzində respublika ərazisində yüzlərlə zavod və fabriklər yaradıldı, insanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi. Natiq onu da vurğulamışdır ki, Ulu Öndər həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətin inkişafına da böyük diqqət yetirirdi. Dahi Liderimiz mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirmiş, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirmişdir.
     Sonda Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən “Xalqa Bağışlanan Ömür” adlı video çarx nümayiş etdirildi.

Keçidlər