Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində kitab sərgisi olmuşdur.

28 aprel 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq  27 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında kitab sərgisi keçirilib.
    3 bölmədən  ibarət olan sərginin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, ikinci hissədə Ağcabədinin ədəbiyyat, elm və mədəniyyət xadimlərinin kitabları, üçüncü hissədə isə çağdaş ədəbiyyat nümayəndələrinin  kitabları  sərgilənmişdir.
  Sərgi müddətində Ağcabədi şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə baş tutan fləşmob izləyicilərin marağına səbəb olmuşdur. Daha sonra  şəhər 5 saylı və 8 saylı körpələr evi uşaq bağçasının fidanları öz rəqsləri ilə tədbirə rəng qatdılar. O, cümlədən sərgi zamanı viktorina təşkil edilmiş, qaliblər kitablarla mükafatlandırılmışlar.
  Musiqi sədaları altında keçirilən sərgi izləyicilərdə xoş ovqat yaratmışdır.

Keçidlər