Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda "Narkomanlığa qarşı mübarizə" mövzusunda tədbir keçirilmişdir.

12 aprel 2017 | 11:00

12 aprel 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin iclas zalında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin icrası ilə əlaqədar narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı, Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə  seminar-məşğələ keçirildi.
Təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının üzvləri, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri , psixoloqları və tibb işçiləri iştirak etdilər.
    Qonaqları salamlayan Ağcabədi Rayon İcra Hakimiyyətinin I müavini ,YAP Ağcabədi rayon Təşkilatının sədri Rövşən Əhmədov qonaqları salamladıqdan sonra qeyd etdi ki,bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir Bu günkü tədbirdə bu qəbildəndir.
Daha sonra tədbir diskusiya formasında davam etmişdir.

Keçidlər