Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “ Beşinci kitab bayramı “ keçirilmişdir.
07 may 2013-cü il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzinin həyətində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə
“ Beşinci kitab bayramı “keçirilmişdir.
Kitab bayramında 2000- dən çox müxtəlif mövzuları əhatə edən kitablar təşkil olunmuş sərgidə nümayiş olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən 90 adda kitablar,kitabxananın oxucuları tərəfindən hazırlanmış 90 ədəd əl işləri və 90 adda nağıl kitabları tamaşaçıların böyük marağına səbəb olmuşdur.Bundan başqa sərgidə elektron kitablar da nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru İradə Allahverdiyeva, Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, Ağcabədi Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova,Rayon Polis şöbəsinin rəisi Şamil Seyidli və digər çıxış edənlər bütün kitabsevərləri bayram münasibəti ilə təbrik etdilər və bildirdilər ki, kitab bizi bütün elmlərdən agah edən bilik xəzinəsidir.Bu xəzinənin parıltısı süni daş – qaş deyil, insanları cəhalətdən uzaqlaşdıran, doğru yol göstərən və mənəvi cəhətdən təmizləyən qazanılan biliklərdir. Bununla yanaşı,tədbirdə çıxış edənlər Ümummilli Liderin həyatı, dövlətçiliyimizin qurulması istiqamətində fəaliyyəti haqqında və milli – mənəvi dəyərlərimizin, tariximizin qorunması barəsində ətraflı çıxış etdilər.
Ədəbi – bədii konsert proqramı kitab bayramının sonuna qədər davam etdirildi.
Tədbirdə rayon ictimaiyyəti , ziyalılar, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.