Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ağacəkmə kompaniyasi keçirilmişdir

11 aprel 2017 | 11:00

Ağcabədi rayonunda YAP Ağcabədi rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kompaniyası keçirilmişdir. Ağacəkmə kompaniyası 2014-cü ildə YAP Ağcabədi rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 98 ilk təşkilatının hər birinin 91 həmişəyaşıl ağac əkmək və həmin təşəbbüsü Ulu Öndərin anadan olmasının 100 illiyinə qədər davam etdirilməsi barədə qaldırılmış təşəbbüs çərçivəsində həyata keçirilmişdir. Təşəbbüs çərçivəsində 2014-cü ildə 8918, 2015-ci ildə 9016, 2016-cı ildə 9114 həmişəyaşıl ağac Ağcabədi şəhərinin küçə və meydanlarında, parklarda və magistral yolların kənarında əkilmişdir.
Apreül ayının əvvəllərindən başlayaraq YAP Ağcabədi rayon təşkilatının ilk təşkilatları həmin təşəbbüs çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə həmişəyaşıl ağac əkmə kompaniyasına başlamış və artıq 4000 dən artıq ağac əkilmişdir.
Aprel ayının 8-də Ağcabədi–Zərdab magistral yolunun kənarındakı yaşıllıq zolağında 18 ilk təşkilat iməciliyə çıxaraq 1700-ə yaxın həmişəyaşıl ağac əkmişdir. Əkilən ağacların dibinə dayaqlar bastırılmış, iplə bağlanmış və suvarılmışdır.
May ayının 10-dək ağacəkmə kompaniyası davam etdirilərək 9000-dən artıq həmişəyaşıl ağac əkiləcəkdir.

Keçidlər