“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Ağcabədi mərhələsinə hazırlıq işləri ilə bağlı iclas keçirilib
Aprelin 10-da Ağcabədi rayon İcra Hakimiyyətində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Ağcabədi mərhələsinin hazırlıq işləri ilə əlaqədar iclas keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun sədrliyi ilə keçirilən iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Əvvəlcə iştirakçılara Ağcabədi rayonunda 15 aprel 2017-ci il tarixdə keçiriləcək tədbirin proqramı haqqında məlumat verilmiş, daha sonra tədbirlə bağlı hazırlıq işləri müzakirə olunmuş və görüləcək işlər müəyyən edilmişdir. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov aidiyyati üzrə idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.