Pambıqçılığın inkişafı ilə əlaqədar Ağcabədi rayonunda geniş tərkibli iclas keçirildi.
04 aprel 2017 | 11:00
Pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilən Respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Ağcabədi rayonunda 04 aprel 2017-ci il tarixdə tədbir keçirilmişdir.Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov , Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayon ictimaiyyətinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri,pambıqçılıqla məşğul olan fermer təsərrüfatının başçıları, sahibkarlar ümumilikdə 350 nəfər iştirak etmişlər.
.