Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin ilk 30 dəqiqəsi “31 Mart – Dünya Azərbaycanlılarının soyqırımı” gününə həsr edilib
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırımı” günü ilə əlaqədar olaraq 27 mart – 1 aprel 2017-ci il tarixlərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə mühazirələr təşkil edilmişdir. Mühazirələr zamanı dərnək üzvlərinə əsrlər boyu erməni daşnaklarının vətəndaşlarımıza qarşı törətdikləri etnik təmizləmə, soyqırım siyasəti haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Ermənilər cinayətin izini itirmək məqsədilə meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar.
Qədim Azərbaycan şəhəri olan Şamaxı şəhəri də dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır.Erməni quldurları Şamaxı qəzasının 53 kəndində 8 mindən çox vətəndaşımızı qətlə yetirmişdir.
Erməni daşnakları həmçinin, bolşeviklərin köməkliyi ilə Quba qəzasında da 3 dəfə qırğın törətmişlər.
Daha sonra o da vurğulanmışdır ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ulu Öndər Heydər Əliyev 27 mart 1918-ci il “31 mart Azərbaycanlılarının Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlılarının Soyqırımı günü elan edilmişdir.