Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “poeziya gecəsi” keçirilib.

01 aprel 2017 | 11:00

       1 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzi, “Ələk” Ədəbi Məclisi və Ağcabədi rayon Xocavənd kənd uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə poeziya sevərlərlə şairlərin görüşü keçirilib. Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” Ədəbi Məclisinin bu il 3 yaşının tamam olduğunu qeyd edən Heydər Əliyev Mərkəzinin direktoru, “Ələk” Ədəbi Məclisinin rəhbəri Məhsəti Musa məclisin fəaliyyəti, gördüyü işlər haqqında ətraflı məlumat verdi.
     Daha sonra “Ələk” Ədəbi Məclisinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Gündüz Sevindik çıxış etdi.
     Gənc musiqiçilər Röyal Qəribov və Humay Əsədovanın ifasında musiqilərin müşaiyəti ilə Cahandar Aybər, Saqif Zeynal, Gündüz Sevindik, Tahirə İsaqızı, Yusif Kamal, Aytac Murtuzova, Mina Turan, Adil Misirli, Vəli Qurbanoğlu və Məhsəti Musa “Ələk” Ədəbi Məclisinin üzvlərinin və çağdaş ədəbiyyat nümayəndələrinin bir-birindən gözəl şeirlərini səsləndirdilər.
     Sonda iştirakçılarla birlikdə xatirə fotosu çəkildi.

 

Keçidlər