Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə YAP Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının, Gənclər və İdman idarəsinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir

07 may 2013 | 10:00

06 may  2013-cü  il tarixdə  saat 15:00 –da Ağcabədi  rayonu Ü.Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzində  Rayon Gənclər və İdman idarəsinin, YAP  Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının  və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə  intellektual oyun üzrə rayon müsabiqəsi   keçirilmişdir.
   İntellektual yarış  14-29 yaş həddində gənclər arasında , 17 komandanın iştirakı ilə həyata keçirilmişdir. Yarışda müxtəlif komandalar öz biliklərini nümayiş etdirmək, qələbə qazanmaq üçün mübarizə apardılar.
   İntellektual oyun üzrə rayon müsabiqəsində püşkatma nəticəsində komandalarını çıxış edəcəyi qruplar müəyyənləşdi.
     İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarış başlandı.
Əsasən Ümummilli Lider Heydər Əlyevin həyat və fəaliyyətindən və Azərbaycanın tarixindən bəhs edən  suallar yarış iştirakçılarına ünvanlandı.
    Fasilə zamanı “Qarabağ” Muğam Mərkəzinin ifaçıları mahnıları oxudular və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylənildi.
     Ağcabədi rayonunda hər il keçirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan intellektual oyun üzrə rayon müsabiqəsində şəhər 11 saylı tam orta məktəbin     ”Turan ” komandası I yerə, AMİ Ağcabədi filialının “Aran ” komandası II yerə,  şəhər 8 saylı tam orta məktəbin  “Tusi” komandası və şəhər 7 saylı tam orta məktəbin  “Hünər” komandası III  yerlərə layiq görüldülər.
   Qalib olan komandalar fəxri fərmanlarla və hədiyyələrlə  mükafatlandırıldılar.    
  Tədbirdə 155 nəfər gənc  iştirak etmişdir.

Keçidlər