Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Hindarx qəsəbəsində şəhid Dilsuz Qarayevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.

31 mart 2017 | 11:00

  31 mart 2017-ci il tarixində Ağcabədi rayon Hindarx qəsəbə kitabxana və klub müəssisələrinin birgə təşkulatçılığı ilə həmyerlimiz Hindarx qəsəbəsində böyüyüb başa çatmış Dilsuz Qarayevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir   Hindarx  qəsəbəsində   Şəhidlər Xiyabanına ziyarətlə başladı.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Hindarx qəsəbə kitabxana flialının müdiri Vəsilə Məmmədova açaraq məlumat verdi ki, 1990-cı il təvəllüdli Ağcabədi rayon Hindarx qəsəbə sakini Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndində şəhid olmuşdur.
Sonra söz Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirova verildi.  O qeyd etdi ki,ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş  şəhidlərimiz həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır. O, bu işlərin həyata keçirilməsində ziyalıların çiyninə çox böyük vəzifə düşdüyünü bildirdi.
Hindarx qəsəbə İcra nümayəndəsi Akif Qasımov, Etibar Bəylər oğlu İsmayılov adına Hindarx Qəsəbə tam orta məktəbin direktoru  Qaryağdı Qarayev, Ağcabədi SQİİ Hindarx Sahə rəisi İdris Bayramov, Ağcabədi MKS-nin direktor müavini Təranə Məmmədova, şəhidin yaxın qohumu Abbas Rüstəmov,  2 saylı klubun müdiri Gülsarə Süleymanova və digər çıxış edənlər hər biri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əydiklərini bildirdilər və  ulu tanrıdan onlara rəhmət dilədilər.
Tədbirin sonunda Ağcabədi rayon MKS-nin İnformasiya –resurs şöbəsinin müdiri Gülşən Quliyevanın hazırladığı 2016-cı il Aprel döyüşlərində canlarından keçmiş şəhidlərimizə həsr  edilmiş video-çarx nümayiş olundu. 
Fotomüxbir    Mais  Amin  AZpress.AZ   Ağcabədi

 

Keçidlər