Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Təhsil şöbəsində soyqırım qurbanları yad edildi

31 mart 2017 | 11:00

30 mart 2017-ci il tarixdə saat 1200-da Ağcabədi rayon Təhsil Şöbəsində ümumtəhsil məktəblərin direktor və şagirdlərinin iştirakı ilə 31 mart soyqırımına aid tədbir keçirildi. Tədbiri rayon Təhsil Şöbəsinin müdiri Solmaz Rəhimova açdı.  1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və  Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğını haqqında məlumat verdi və hələk olanların xatirəsi 1 dəqiqiəlik sükutla yad edildi.
Tədbirdə rayon Təhsil Şöbəsinin metodisti Niyazi Zeynalov, C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin dirtektoru Anar Qasımov və şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova tədbir iştirakçılarına 31 mart soyqırımı ilə bağlı çıxış edərək geniş məlumat verdilər.

Keçidlər