Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti iıə geniş tədbir keçirilmişdir.
29 mart 2017-ci il tarixdə Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti iıə geniş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov açaraq qeyd etmişdir ki, tarix erməni şovinistlərinin zaman-zaman günahsız, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə təkrarlanır. 1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr inqilablarından sonra Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərinin güdən cinayətkarlar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Müasir, dinamik inkişaf yolunda uğurla addımlayan dövlətimizin apardığı siyasət onun güclü sabahından xəbər verir. Bunun müqabilində ölkəmizdən kənarda Ulu öndər Heydər Əliyevin və bu gündə uğurla həyata keçirilən siyasətin nəticəsində formalaşan Azərbaycan lobbisi erməni cinayətlərini dünyaya bəyan etməklə , onların murdar və maskalı üzlərini dünyaya daha yaxından tanıdırlar və gec-tez Azərbaycan dövləti öz haqq səsini hər bir kəsə çatdıra biləcəkdir. Vüqar Qədirov öz çıxışının sonunda hər bir gəncə tariximizi öyrənməyi , keçmişimizi bilib, onun yaxşılarını müdafiə etməyi, səhflərimizdən isə dərs almağı tövsiyyə etdi.
Eyni zamanda bu işlərin həyata keçirilməsində bir təbliğat vasitəsi kimi kitabxana və klub müəssisələrinin əsas vəzifələrindən biri olduğunu qeyd etdi.
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Əliyev, Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev, MKS-nin direktor müavini Təranə Məmmədova və digər çıxış edənlər hər biri Soyqırım haqqında ətraflı məlumat verdilər.