Ağcabədi rayon Salmanbəyli kəndində “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması 28mart 2017-ci il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihə çərçivəsində ilk tədbir keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları Cavid Məlikzadə, Mehdixan Zeynalov, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, YAP Ağcabədi rayon şöbəsinin əməkdaşı Mehman Novruzov, Ağcabədi rayon Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Sultanov, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, kənd ağsaqqalları və dindarlar iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov açaraq sözü Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verdi. Təyyar Hacıyev İslam həmrəyliy ilində qarşıda duran vəzifələr, din və məzhəb ayrıseçkilimövzusunda məruzə etdi.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, YAP Ağcabədi rayon şöbəsinin əməkdaşı Mehman Novruzov, Ağcabədi rayon Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Sultanov, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, Salmanbəyli kənd ağsaqqalları Əli Bədəlov, Əhməd Məmmədov və Süleyman Qasımov da çıxış etdilər.
Tədbirin sonunda çay süfrəsi açıldı.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi