Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində rəsm müsabiqəsi keçirilmişdir.

05 may 2013 | 10:00

04 may  2013-cü il tarixdə saat 09:30 –da Ağcabədi rayonu  Heydər Əliyev Mərkəzində  Şəhər İncəsənət məktəbinin və Mərkəzin rəsm dərnəyinin şagirdlərinin iştirakı  Ulu  Öndər  Heydər Əliyevin 90 illik yubileyinə  həsr olunmuş “ Müstəqil Azərbaycan mənim rəngli dünyamda “ adlı rəsm müsabiqəsi   keçirilmişdir.
    Açıq havada keçirilən müsabiqədə məktəblilər öz sərbəst fikirlərini ifadə etməyə və onu ağ kağız üzərində canlandırmağa  çalışırdılar.Rəsm müsabiqəsinin yekununda münsiflər heyəti tərəfindən qiymətləndirilən əl işlərinin içərisindən 4 nəfər qalib seçilmişdir.
    “ Müstəqil Azərbaycan mənim rəngli dünyamda “ adlı rəsm müsabiqəsində birinci yerə  Şəhər incəsənət məktəbinin şaigirdi  Tağıyev  Ülvi Natiq  oğlu, 2-ci  yerə   İncəsənət məktəbinin şagirdi  Mamedov Allahverən Nadim oğlu, 3 –cü yerə  isə  2 nəfər - Şəhər  incəsənət məktəbinin şagirdi Mamedov Ömər Sənan oğlu və Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin şagirdi  Tağıyeva Məftunə Rizvan qızı layiq görülmüşdülər. Bundan əlavə bir nəfərə -  şəhər 2 saylı orta məktəbin şagirdi Səfərli  Gülgün Namiq qızına fərqləndirici yer verilmişdir
   Rəsm müsabiqəsinin qalibləri fəxri fərmanla təltif olunmuşdular.
   Tədbirdə 25 nəfər iştirak etmişdir.

Keçidlər