Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissələrdə “Açıq qapı günü” təşkil olunub

20 mart 2017 | 11:00

20 mart 2017-ci il tarixdə Müdafiə Nazirliyinin Ağcabədi rayonunun “N” saylı  hərbi hissəsində“Açıq Qapı günü” təşkil olunub.
    Hərbi hissəyə gələn əsgər valideynləri və yaxınları şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olub. Onlara xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanası və yeməkxanasına baş çəkmək imkanı yaradılıb.
    Hərbi hissə ilə tanışlıq zamanı əsgər valideynləri və yaxınlarına xidmət şəraiti, əsgərlərin gündəlik yaşam tərzi, qida rasionu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Tanışlıqdan sonra zabit heyəti, valideynlər və əsgərlər birlikdə nahar süfrəsinə əyləşiblər. Hərbi qulluqçular valideyn və yaxınlarını əsgər yeməyinə qonaq edib.
    Bayram konserti ilə davam edən tədbir əsgərlərimizdə xoş əhval-ruhiyyə yaradıb.

Keçidlər