Ağcabədi şəhər 8 saylı körpələr evi- uşaq bağçasında Novruz şənliyi keçirildi.
Bu günlər respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunun bütün idarə və müəssisələrində də Novruz bayramı təntənə ilə qeyd olunur.Rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında novruz bayramına həsr olunmuş silsilə tədbirlər bu qədim və milli bayrama sevginin bu gün də azalmadığının göstəricisidir. Belə tədbirlərdən biri də Ağcabədi şəhər 8 saylı körpələr evi- uşaq bağçasında keçirilmişdir. Tədbiri giriş sözü ilə 8 saylı körpələr evi- uşaq bağçanın müdiri Əsmər Kazımova açaraq, uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət almış qonaqları bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulamışdır.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik etmişdir.
Tədbirdə Kosa və keçəlin gəlişi,folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonra tədbir bayram tonqalı ətrafında davam etmişdir.