Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə bayram konserti təşkil edilmişdir

16 mart 2017 | 11:00

    16.03.2017-ci il tarixdə Ağcabədi rayon “N” saylı hərbi hissəsində Novruz bayramı münasibəti ilə bayram konserti təşkil edilmişdir. Bayram konserti Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
    Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini ,YAP Ağcabədi Rayon Təşkilatının sədri Rövşən Əhmədov əsgər və zabitləri salamlayaraq, xalqımızın əziz bayramı olan Novruz münasibətilə onları təbrik edib, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulamışdır. Natiq bildirilib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb.
   Tədbirdə iştirak edən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun səlahiyyətli nümayəndələri  əsgər və zabit heyyətini salamlayaraq, Novruz Bayramların təbrik edərək hərbi xidmətlərini layiqincə yerinə yetirən əskərlərə  hədiyyə  təqdim etmişlər
N saylı Hərbi hissənin komandiri  şəxsi heyət adından bayramı onlarla bir yerdə keçirdiklərinə görə Ağcabədi rayon İcra Hakimiyətinə və ictimaiyyətinə minnətdarlıqlarını bildirdi.Çıxışlarda işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına inam ifadə olunub.
Bayram konserti ilə davam edən tədbir əsgərlərimizdə xoş əhval-ruhiyyə yaratdı.

Keçidlər