Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

15 mart 2017 | 11:00

15 mart 2017-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 2 saylı uşaq baxçası körpələr evinin birgə təşkilatçılığı ilə  xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.
   Tədbiri GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək,qeyd etmişdir ki,tarixi qədim olan Növruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir.Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,adət-ənənələrimizi özündə yaşadan Növruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi,onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz başdan-başa ruh yüksəkliyi,əmək coşğunluğu,torpağa,insana məhəbbət bayramıdır.
  Tədbirdə ARİH ictimai-siyasi və humanitar şöbənin müdir müavini Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov,Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) filialının müəllimi Vüsalə Məhərrəmova, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Şərəf Nuriyeva, Salmanbəyli kənd tam orta məktəbinin direktoru Gülbikə Mamedova,5 saylı tam orta məktəbin müəllimi Sevil Bayramova,2 saylı körpələr evi və uşaq baxçasının direktoru,Səadət Həsənova,5 saylı uşaq baxçası körpələr evinin direktoru Şərafət Hüseynova,Hacıbədəlli kənd 7 illik  musiqi məktəbinin direktoru Məhbubə Bəşirqızı,ADRA humanitar təşkilatının əməkdaşı Kəmalə Ağayeva çıxış edərək,Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.
Tədbirdə Kosa və keçəlin gəlişi,folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonra tədbir bayram tonqalı ətrafında davam etmişdir.

Keçidlər