Ağcabədi rayonunda ilaxır çərşənbəsi qeyd edilmişdir
14 mart 2017 | 11:00
14 mart 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Meydanında Novruz çərşənbələrindən sonuncusu olan Torpaq çərşənbəsi, “ilaxır çərşənbəsi” qeyd edilmişdir. Bayram tədbiri zamanı gün ərzində milliliyi, xüsusən baharı, Novruz bayramı və onun adətlərini tərənnüm edən musiqilərin səslənməsi bayram iştirakçılarının zövqünü oxşamışdır.
Saat 18:30-da isə Meydanda bayram tonqalı alovlandırılmışdır. Bayram iştirakçıları musiqi sədaları altında tonqal ətrafında dövrə vurmuşlar.